Ukrayna Prezidenti Volodimir Zelenski Yeni İl müraciətində bir nəfərə ölüm arzu edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o teleqram kanalında paylaşım edib.
Zelenski Milad müraciətində bütün ukraynalıların bu gün düşündüyü bir məsələyə toxunub. O, çıxışında bir nəfərin ölümünü arzuladıqlarını bildirib.
Zelenski dəqiq kimi nəzərdə tutduğunu açıqlamasa da, deyib:
“Bu gün hamımız bir dilək tuturuq. Və hamımız üçün bir arzumuz var: onun ölməsi”.
Çıxışında həmçinin Rusiya silahlı qüvvələrini respublika ərazisinə hücumlara görə “allahsız” adlandırıb.
Tahir Turan
Globalinfo.az