“Ukraynada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcəm, çünki Prezident Volodimir Zelenski məni vətəndaşlıqdan məhrum edib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Başqa Ukrayna” hərəkatının lideri Viktor Medvedçuk “TASS” agentliyinə açıqlamasında deyib.
O, bu hərəkəti qanunsuz hesab edib.
“Nəticələrinin qanuni hesab edilə biləcəyi seçkilərin keçirilməsi üçün şərait yaratmaq lazımdır”, – deyə Medvedçuk vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az