Zelenski Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarı təsdiqlədi

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarı təsdiqləyib.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinəg görə, bu barədə qərar Ukrayna Prezidentinin Ofisinin saytında dərc olunub.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə danışıqların aparılmasının mümkünsüzlüyü konstatasiya olunur”, – sənəddə vurğulanır.