Zelenski Putinin “üçlü tələsi”nə düşdü

“Rusiyanın Ukraynanı məğlub edə bilmək üçün əlində üç mühüm kozur var”.

Globalinfo.az xəbər verir ki, bunu italiyalı siyasət üzrə jurnalist-araşdırmaçı, Cianluka Di Fero deyib.

O, Ukraynanın hücum planının gözlənilən kimi irəliləmədiyini deyib:

“Ukraynanın hücumu olduqca səngiyib, Qərb bir ay ərzində bu səylərin boşa çıxacağından qorxur. Rusiyanın ordu generallarının taktikaları güclüdür. Ukraynanın hücumlarının dəf edilməsi onun müttəfiqləri arasında narahatlığı getdcə artırır. Payıza qədər Rusiyanın Ukraynada işğal etdiyi ərazilərdən çıxarılması müzkairə edilsə də, bunun baş tutumama ehtimalı Qərbi qorxudur.

Nəticə olaraq Ukraynanın Krım üçün geniş əməliyyatlara başlama planı 2024-cü ilin yazına kimi ertələnə bilər. Belə olan halda isə Rusiya daha da güc toplayacaq. Sentyabrın ortasına kimi Ukrayna Mariupol və Melitopolu tam azad edə bilməsə, Kreml Zelenskinin müttəfiqləri arasında parçlanama yaradacaq”.

Ayşən Mustafa
Globalinfo.az