Zelenski: “Putinə gücünü bərpa etmək üçün fasilə lazımdır”

“Rusiya tərəfindən sülhə doğru hər hansı fundamental irəliləyiş görünmür”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə danışıqlara dair təklifləri şərh edərkən deyib.

“Mən yalnız terrorçu ölkənin addımlarını görürəm. Və əgər Rusiya bəzi Qərb KİV-lərinin yazdığı kimi münaqişəni dondurmaq istəyi ilə bağlı siqnallar göndərirsə, bu, onların kifayət qədər raket, sursat və ya təlim keçmiş qoşunlarının olmaması ilə bağlıdır. Onların bütün güclərini bərpa etmək üçün bu fasilə lazımdır. Putin özünü heyvan kimi zəif hiss edir”,-deyə o, qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az