Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin “PAC-3” raketlərini səssiz şəkildə əldə etməyi düşündüyünü açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bunun müqabilində Ukraynanın həmin ölkələrə dronlar verməyə hazır olduğunu bildirib.
“Biz istəyirik ki, “PAC-3” raketlərini səssizcə alaq və onlara dronlar təqdim edək”, — deyə Zelenski qeyd edib.
Prezident vurğulayıb ki, onlar son üç gün ərzində 800 ədəd “PAC-3” raketi buraxıb, halbuki Ukraynanın bütün müharibə dövründə belə imkanları olmayıb.
Qeyd edək ki, “PAC-3” (Patriot Advanced Capability-3) raketləri Patriot sistemləri üçün nəzərdə tutulub və taktiki ballistik raketlər və digər hədəflərin məhv edilməsi məqsədilə hazırlanıb. Bu raketlər “hit-to-kill” texnologiyasından istifadə edir, yəni partlayıcı başlıq əvəzinə obyektin öz kinetik enerjisi ilə məhv olunmasına əsaslanır. Bu, ballistik raketlərin başlıqlarını etibarlı şəkildə neytrallaşdırır və yerüstü dağıntılardan yaranan təsirləri minimuma endirir.
Əliyar Xəlil