Zelenski Belarus ərazisində yerləşdirilən və Rusiyanın Ukraynaya PUA hücumlarını koordinasiya etdiyi retranslyatorların sökülməsinə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Honduras Prezidenti Nasri Asfura ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib.
Zelenskinin sözlərinə görə, Belarusun Ukrayna ilə sərhəddə yerləşən iki vilayəti boyunca xüsusi avadanlıqlar quraşdırılıb və bu sistemlər ölkə ərazisinə yönələn hücumların koordinasiyasında istifadə olunur.
“Orada müvafiq qüllələrdə retranslyatorlar yerləşdirilib. Əgər Aleksandr Lukaşenko müharibədə iştirak etmək istəmədiyini deyirsə, qoy həmin texnikanı söksün və ya söndürsün”, – deyə Ukrayna lideri bildirib.
Zelenski hesab edir ki, Belarus hakimiyyətinin bu addımı atması üçün bir həftə kifayət edər. O, əlavə edib ki, əgər bu müddətdə retranslyatorlar aradan qaldırılmasa, Ukrayna özü tədbir görəcək.
Əliyar Xəlil