Zelenski Kaxovkaya görə Təhlükəsizlik Şurasını təcili toplayır

Ukrayna Prezidenti Volodimir Zelenski Kaxovka SES-in dağıdılmasından sonra Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

“Ukrayna Prezidenti Volodimir Zelenski Kaxovka su anbarının bəndinin partlaması ilə əlaqədar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə iclasının keçirilməsi barədə qərar qəbul edib”, – o qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə Kaxovkada yerləşən SES-in bəndlərindən birinin dağılması barədə görüntülər yayılıb.

Tahir Turan
Globalinfo.az