zelenski yeni 1

Rusiya genişmiqyaslı müharibə başlayandan bəri təxminən 700 min hərbçisini itirib”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın ümumi itkiləri 1 milyon 600 min nəfər təşkil edir.

Jurnalistin Ukrayna ordusunun itkiləri ilə bağlı sualını cavablandıran Zelenski isə bu məsələdə tam açıq danışmaq istəmədiyini vurğulayıb.

“Açığını desəm, bu barədə həddindən artıq açıq olmaq istəmirəm. Çünki ruslar ordumuzda baş verənləri anlaya bilərlər. Təxminən 50 min hərbçimiz həlak olub, 400 minə yaxın yaralımız var. Bundan başqa, çox sayda itkin düşən hərbçimiz də mövcuddur”, – deyə Ukrayna lideri bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: