elman nesirov yeni 3 900x600 1

“Son həftələrdə Avropa ölkələrinin yüksək vəzifəli nümayəndələrinin Azərbaycana intensiv səfərləri başlayıb. Bu, təsadüfi diplomatik fəallıqdır, yoxsa arxasında ciddi strateji maraqlar dayanır? Böyük siyasətdə təsadüfi diplomatik gedişlər olmur. Bunun ən dəqiq cavabı odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycana ciddi dividendlər gətirməyə başlayıb və bu proses davamlı xarakter alır”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Azərbaycana Almaniyanın xarici işlər naziri, İtaliyanın baş naziri və xarici işlər naziri, Monteneqronun baş naziri, Gürcüstanın, Litvanın və Estoniyanın xarici işlər nazirləri gəliblər:

“Yadımdadır, oktyabrın 20-də Niderlandın xarici işlər naziri də ölkəmizə səfər etmişdi. Bu səfərlərin coğrafiyası onu göstərir ki, Avropa ölkələrinin regionumuza, xüsusilə də Azərbaycana ciddi marağı var.

Hesab edirəm ki, bunun birinci səbəbi Azərbaycanın enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi uğurlu siyasətdir. Qarşıdan qış gəlir və enerji məsələlərinin Avropa ölkələri, eləcə də dünya üçün nə qədər həyati əhəmiyyət daşıdığı məlumdur. 2021-ci ildə Avropaya 8,2 milyard kubmetr qaz satırdıqsa, hazırda 13 Avropa ölkəsinə ümumilikdə təxminən 12,8-13 milyard kubmetr qaz ixrac edirik. Onlardan 10-u Avropa İttifaqının üzvüdür.

İkinci səbəb Azərbaycanın nəqliyyat-logistika sahəsindəki roludur. Elə dünən Avropa İttifaqı ilə Azərbaycan arasında yüksək səviyyəli nəqliyyat üzrə strateji dialoq keçirildi. Bu ayın 16-da isə Avropa İttifaqı Orta Dəhlizlə bağlı mövqeyini açıqlayaraq onun mühüm strateji əhəmiyyətini vurğuladı.

Üçüncü səbəb regionda sülh prosesi ilə bağlıdır. Avropa anlayır ki, regionda sülhün təmin olunmasında Azərbaycanın mühüm rolu var. Sülh həm Avropanın özü, həm də onun region siyasəti baxımından hava-su kimi lazımdır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: