Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin (EPC) sammitində iştirak edə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mayın 4-də Yerevanda keçiriləcək sammitdə təxminən 50 yüksək vəzifəli nümayəndə heyəti iştirak edəcək. “168.am”ın məlumatına görə, Zelenskinin də tədbirdə iştirak edəcəyi barədə məlumat yayılıb, lakin Ermənistan Xarici İşlər Nazirliyi onun səfərini gizli saxlamağa çalışır.
Sonuncu AQS sammiti 2025-ci ilin oktyabr ayında Danimarkanın Kopenhagen şəhərində keçirilib. Zirvə toplantısında Zelenski də daxil olmaqla 40-dan çox Avropa ölkəsinin lideri iştirak edib.
Tahir Turan
Globalinfo.az