armen qriqoryan

“İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammiti mövcud formata uyğun təşkil olunub”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Jurnalistlər ondan Ermənistan səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılması ilə bağlı məlumatı şərh etməsini istəyiblər.

Diplomat bildirilib ki, Moskva Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya əleyhinə təhdidlər irəli sürməsinə icazə verməyi qəbuledilməz hesab edir.

“Zelenski harada belə açıqlamalar verib? Mən bununla tanış deyiləm”, – deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi deyib.

Qriqoryan qeyd edib ki, hər siyasətçinin çıxışını izləmək mümkün deyil. O, İrəvanın mövqeyinin vacib olduğunu vurğulayıb.

Xatırladaq ki, ötən gün Ermənistanın Rusiyadakı səfiri Rusiya XİN-ə çağırılıb. Səfirə Ukrayna Prezidenti Volodimir Zelenskiyə Ermənistanda Rusiyaya qarşı terror təhdidləri etmək üçün platformanın yaradılmasının qəti şəkildə qəbuledilməz olduğu bildirilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: