Zelenski ABŞ-ın bu tələbini rədd etdi

“Zelenski ABŞ-ın vitse-prezidenti Kamala harrisin tələbinə məhəl qoymayıb”.

Globalinfo.az xəbər veri ki, bu barədə  “Washington Post” nəşri diplomatik mənbələrə istinadən məlumat paylaşıb.

Məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Rusiya neft emalı zavodlarına hücumları dayandırmaq tələbinə məhəl qoymayıb.

Qeyd edək ki, Harris sözügedən tələbi bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında təkbətək görüş zamanı Zelenskiyə çatdırıb.

Əliyar Xəlil
Globalinfo.az