1645702155 zaxarova 1 900x487 2

“Ermənistan cəmiyyətində Rusiya ilə münasibətlərin inkişafına və ölkənin Avrasiya inteqrasiya layihələrində iştirakının davam etdirilməsinə ciddi dəstək var”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu tendensiya radikal dairələrdə deyil, cəmiyyətin geniş təbəqələrində müşahidə olunur.

Ermənistanın Avrasiya strukturlarında qalması boş vədlər deyil, real və hiss olunan üstünlüklər yaradır.

Ermənistan-Rusiya əlaqələrinin əsas dayağı qarşılıqlı əməkdaşlığın praktiki nəticələridir və bu nəticələr insanların gündəlik həyatında özünü göstərir”, – deyə o bildirib.

Zaxarova vurğulayıb ki, bu münasibətlər emosional və ya siyasi şüarlara deyil, konkret iqtisadi və sosial faydalara əsaslanır.

Qeyd edək ki, Zaxarovanın bu açıqlamaları Ermənistanın son illərdə Avropa İttifaqı ilə yaxınlaşması və Rusiyanın regiondakı təsirinin azalması fonunda səslənir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: