Zəngəzurdakı hərbi gərginliyə Zaxarovadan REAKSİYA

“Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsinə görə ciddi şəkildə narahatdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

XİN rəsmisi Moskvanın Bakı və İrəvanı təmkinli olmağa çağırdığını bildirib.

M.Zaxarova qeyd edib ki, gərginliyin azaldılması istiqamətində müvafiq addımlar atılmalıdır.

Xatırladaq ki, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq “qisas əməliyyatı” keçirilib.

Əliyar Xəlil
Globalinfo.az