Rəsilə Əliyeva vəzifədən azad edildi

Lənkəran Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Rəsilə Əliyevanın Lənkəran şəhər Osman Mizəyev adına qarışıq tipli uşaq evinə direktor təyin olunması sosial şəbəkələrdə ciddi narazılıqlara səbəb olmuşdu. Hər kəs onun dərhal vəzifədən uzaqlaşdırılmasını tələb edirdi.

Globalinfo.az-a daxil olan məlumata görə, o, ötən gün tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, R.Əliyeva 2022-ci ilin iyul ayında V.Əliyev adına Lənkəran şəhər 4 saylı orta məktəbin 9-cu sinif şagirdini evində döyərək xəsarət yetirib.

Zaira Akifqızı
Globalinfo.az