67c865e198cb467c865e198cb51741186529eb1f12388e5c10c51176ea9d839f84db

Zaqatalada ev yanıb.

Globalinfo.az xəbər verir ki, yanğın rayonun Aşağı Tala kəndində 3 otaqdan ibarət evdə qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb, xəsarət alan olmayıb.

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: