Zaqatalada 18 yaşlı gənc faciəvi şəkildə öldü

Zaqatala rayonunda 18 yaşlı gənc partlayıcı maddənin partlaması nəticəsində ölüb.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırma aparılır.