Yüksək rütbəli zabitlər öldü: İrəvana təhlükə var – Abramyan

“Suriya paytaxtına hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabitləri həlak olub”.

Globalinfo.az xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan yazıb.

“Bu korpusun döyüşçüləri və yüksək rütbəli zabitləri daim hədəfə alınır, çünki onun ayrı-ayrı bölmələri müxtəlif ölkələrdə xüsusi əməliyyatlara cavabdehdir.

Nəzərinizə çatdırım ki, ilin əvvəlində İranda məşhur komandir Qasım Süleymaninin anım günündə terror aktı törədilib. Bundan sonra İranın ən güclü hərbi bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu antiterror əməliyyatları keçirir.

Regionda ehiraslar qızışır. Qarşılıqlı zərbələrin ən təhlükəli həddə çatacağı, toqquşmaların miqyasının kəskin şəkildə genişlənəcəyi istisna edilmir. Bunun Cənubi Qafqaza, xüsusən Ermənistana təsirini təsəvvür etmək mümkündür”.

Safura Bənnayeva
Globalinfo.az