Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunan olmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 958 962, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 409 753, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 516, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 597, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 096 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 065 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 820 480 nəfər müalicə olunaraq sağalıb, 10 222 nəfər vəfat edib, aktiv xəstə sayı 363 nəfərdir.

Ölkədə son sutka ərzində 319, hazırkı dövrədək isə 7 581 147 test aparılıb.

Azərbaycanda son sutkada 24 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib