Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 146 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 70, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 20, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 963 957, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 241, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 224, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 289, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 203 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 727 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 376 nəfər müalicə olunaraq sağalıb, 10 272 nəfər vəfat edib, aktiv xəstə sayı 79 nəfərdir.

Ölkədə son sutka ərzində 1 144, hazırkı dövrədək isə 7 610 914 test aparılıb.

Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib