Yollar buz bağladı, təhlükəli vəziyyət yarandı – VİDEO

Xəbər verdiyimiz kimi, 2 gündür ölkə ərazisində qarlı-şaxtalı hava şəraiti davam edir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, havanın kəskin soyuması, qarın yağması bəzi rayon yollarının hərəkət hissəsinin buzlamasına qarla örtülməsinə səbəb olub.

Təhlükəli vəziyyət, əsasən rayon mərkəzlərini kəndlərlə birləşdirən yollarda müşahidə edilir.

Quba rayonunun Nügədi kəndindən keçən yolda çəkilmiş görüntüləri təqdim edirik:

Qeyd edək ki, yolların buz bağlaması səbəbindən sürüşkən olması qış təkərlərindən və digər təhlükəsizlik avadanlıqlarından istifadə etməyən avtomobillərin çətin vəziyyətdə qalmasına, sürüşərək yoldan çıxmasına və qəzalara səbəb olur.

Xatırladaq ki, son sutkada qar örtüyünün hündürlüyü Şahdağda 16 sm, Daşkəsəndə 15 sm, Şəkidə 14 sm, Əlibəydə (Zaqatala) 13 sm, Ordubadda 11 sm, Sarıbaş (Qax), Gədəbəydə 10 sm, Qrızda 8 sm, Yardımlıda 7 sm, Xaltan, Şamaxı, Lerikdə 4 sm, Göygöl, İsmayıllı, Quba, Qusarda 3 sm, Altıağac, Qobustan, Şahbuzda 2 sm, Qəbələdə 1 sm olub.