Halı pisləşən sürücüyə polislər kömək etdi – FOTO

77-PN-986 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobili idarə edən İlham Orucovun Tovuz rayonu ərazisində olarkən sükan arxasında halı pisləşib.

Globalinfo.az avtosfer.az-a istinadən bildirir ki, yaxınlıqda olan 99-YP-205 dövlət nömrə nişanlı “KİA” markalı xidməti avtomobilə yaxınlaşan sürücü vəziyyəti izah edib. Dövlət yol polisi əməkdaşları dərhal məsələni nəzarətə götürərək əraziyə təcili tibbi yardım dəvət ediblər.

Həkim müayinəsindən sonra sürücüyə gedəcəyi ünvana qədər köməklik edən polis əməkdaşları Cavid Məmmədov və Anar Bayramovdur. İlham Orucov Tovuz rayon DYP Bölməsinin əməkdaşlarına öz təşəkkürünü bildirib.

Qeyd edək ki, sürücünün halının pisləşməsi təzyiq problemindən olub.