qeza apa 1

İyulun 29-da saat 16:00 radələrində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (6 qadın cinsli, 2 kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan 7 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Kəllə sümüklərinin, sağ gicgah təpə nahiyəsinin sınığı diaqnozu təyin edilən pasiyentin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.

Paylaş: