Qəzzada atəşkəsin elan edilməsi ilə bağlı Qətərin paytaxtı Dohada danışıqlar başlayıb.
Globalinfo.az bildirir ki, Dohada keçirilən görüşdə Qətər, ABŞ, Misir və İsrail nümayəndələri iştirak edir.
***11:17
“HƏMAS Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı bu gün – avqustun 15-də Qətərdə keçirilməsi nəzərdə tutulan danışıqlarda iştirak etməyəcək”.
Globalinfo.az xəbər verir ki, bu barədə BBC-yə qruplaşmanın adı açıqlanmayan yüksək rütbəli nümayəndəsi bildirib.
Məlumata görə, qruplaşma razılaşmanın həyata keçirilməsi üçün konkret yol xəritəsi istəyir. HƏMAS rəsmisi İsrailin danışıqlarda yeni şərtlər irəli sürdüyünü deyib. Baş nazir Benyamin Netanyahu isə bu iddianı təkzib edib və danışıqlarda dəyişiklik etməyə çalışan tərəfin HƏMAS olduğunu bildirib.
Nəticədə Dohada keçiriləcək danışıqların HƏMAS olmadan baş tutacağı gözlənilir. Vasitəçilər ABŞ, Misir və Qətərin burada münaqişənin həlli üçün yeni plan hazırlayacaqları deyilir.
Ayşən Mustafa
Globalinfo.az