Yeni kəşf: Yer belə formalaşıb – ARAŞDIRMA

Uzun illərdir ki, elm adamları Yerin əmələ gəlməsi prosesinin ən azı 100 milyon il tələb etdiyi qənaətində olublar. Bundan əlavə, planetimizdə suyun kometlər kimi böyük su ehtiyatı olan asteroidlərlə toqquşması nəticəsində meydana gəldiyinə inanılırdı. Lakin Kopenhagen Universitetinin alimləri planetimizin necə əmələ gəldiyini yenidən müəyyən edən son tədqiqatların heyrətamiz nəticələrini açıqlayıblar.

Globalinfo.az xəbər verir ki, bu araşdırmanın nəticəsi “Nature” jurnalında dərc olunub.

Kopenhagen Universitetinin komandasının alimləri 60-dan çox müxtəlif meteorit və kosmik cisimlərin izotop tərkibinin hərtərəfli təhlilini apararaq, qayalı planetlər, o cümlədən Yer və Mars, eləcə də digər göy cisimləri arasında əlaqəni aşkara çıxarıblar. Bu tədqiqat işi alimlərə planetimizin formalaşmasına töhfə verən elementlərin və proseslərin növlərini müəyyən etməyə imkan verib.

Araşdırmanın nəticəsinə əsasən, Yer diametri bir neçə millimetrdən çox olmayan kiçik toz hissəciklərinin sürətlə yığılması nəticəsində əmələ gəlib.

Alimlər hesab edirlər ki, günəşin ətrafında planetlərin doğulduğu bir toz diski var idi. Planet müəyyən ölçüyə çatan kimi bütün bu tozları tez bir zamanda özünə çəkməyə başladı və bu da onun ən qısa müddətdə Yer ölçüsünə qədər böyüməsinə imkan verdi. Bu toz diskində çoxsaylı buz hissəcikləri də var idi. Tozun udulması prosesində gənc planet buzun bir hissəsini də uddu ki, bu da planetimizdə suyun görünməsini təmin etdi.

Elm adamları yeni fərziyyənin digər planetlərdə suyun aşkarlanması imkanlarını genişləndirdiyini, yerdən kənar həyatın axtarışında maraqlı perspektivlər açdığını bildirir.

Gülay

Globalinfo.az