thumb

“Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişi region üçün tarixi fürsət yaradacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə və Gürcüstan region ölkələri olaraq Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün əməkdaşlığı davam etdirəcək.

Öz növbəsində Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatı uğurlu əməkdaşlığın çox gözəl nümunəsidir.

“Gürcüstan və Türkiyə arasında bütün sahələrdə strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi vacibdir. Biz hesab edirik ki, regional əməkdaşlığın məqsədi sülh və sabitliyə, eləcə də ölkələrimizin inkişafına kömək etməkdir. Bu baxımdan, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı bir-birinin suverenliyinə və milli maraqlarına hörmət edən dövlətlərin necə səmərəli və uğurlu əməkdaşlıq edə biləcəyinə bariz nümunədir”, – Kobaxidze vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: