
Ermənistan hökuməti demarkasiya prosesi ilə bağlı təfərrüatları açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Ermənistan Baş naziri aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin açıqlamasına görə, əvvəlcədən razılaşdırılmış koordinatları dəqiqləşdirmək üçün sərhəd sütunları quraşdırılıb:
“Bu koordinatlar 1976-cı il xəritələrindən götürülüb. Kartoqraflar indi yenə eyni xəritələrə əsaslanaraq, bu sütunlar arasındakı sərhəd keçid xətlərini razılaşdırdılar. Bu ərazilərdə sərhəd xəttinin bərpası başa çatdırılıb, imzalar atılıb, yəni sözügedən ərazilərdə sərhəd delimitasiya edilmiş sayılır”.
Bəs nə üçün SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1976-cı il xəritələri seçilib?
Bu, əslində SSRİ-nin dağıldığı dövrdə de-yure hüquqi əsası olan xəritədir. Ermənistanla Azərbaycan arasında yeni sərhəd yaradılmadı. Lakin SSRİ-nin dağılması zamanı de-yure mövcud olan sərhəd bərpa edildi. 1979-cu ildə SSRİ-nin kartoqrafiya və geodeziya sahəsində səlahiyyətli orqanı xəritənin düzgünlüyünü və hüquqi əsaslarını yoxlayıb. Bu kartlar Sovet İttifaqı dağılana qədər istifadə olunub. Bunlar SSRİ-nin səlahiyyətli dövlət orqanları tərəfindən təsdiqlənmiş son xəritələrdir.
Bəs razılaşdırılmış sərhəddə hər iki tərəfin sərhədçiləri nə vaxt yerləşdiriləcək?
Bu, yaxın 8-9 gün ərzində baş verəcək. Kirants kəndində isə proses bir az sonra həyata keçiriləcək. Çünki orada bəzi detallar əlavə dəqiqləşdirməyə məruz qalır. Sərhədin delimitasiyasının həyata keçirilməsi ölkənin və ya hər hansı bir bölgənin təhlükəsizliyinə təhdid ola bilməz. Əksinə bu, təhlükəni neytrallaşdırır. Güzəştlərə gəlincə, Alma-Ata Bəyannaməsi əsasında sərhədin bərpası güzəşt sayıla bilməz. Çünki bizim beynəlxalq səviyyədə tanınmış sərhəd xəttimiz mövcud olacaq. Bu proses sərhədin digər hissələrində də eyni məntiq və prinsiplərlə davam etməlidir.
Müşviq Tofiqoğlu
Globalinfo.az