f66461985cc16d 66461985cc30e.thumb

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin ticarət komissarı Valdis Dombrovskisi qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Paşinyan Avropa İttifaqının ticarət komissarı ilə “Dünyanın kəsişməsi” layihəsini müzakirə edib.

Görüşdə  həmçinin Ermənistan və Azərbaycan arasında həyata keçirilən sərhədin delimitasiyası prosesinə, regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasına dair “Dünyanın kəsişməsi” layihəsinə və onun prinsiplərinə də toxunulub.

Eyni zamanda regional təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Aİ-nin Ermənistandakı mülki missiyasının fəaliyyətinin əhəmiyyəti xüsusi vurğulanıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: