
***06:00
Xankəndidə keçmiş qondarma rejimin tikdiyi bəzi binalar – “parlament binası”, Ermənistan Respublikasının Könüllülər İttifaqı (“Yerkrap”) və s. bir müddət əvvəl sökülüb. Mütəxəssislər Xocalı hava limanının da məhv olmuş xunta rejiminin saxta gerbindəki qartal təsvirinin formasında tikildiyini, həmçinin “Nənə və Baba” heykəlinə bənzədiyini bildirirlər. Onlar bunu əsas gətirərək, həmin hava limanının da sökülməsinin zəruri olduğunu qeyd edirlər.
Əslən Xocalıdan olan deputat Elman Məmmədov Globalinfo.az-a açıqlamasında xatırladıb ki, sovet dönəmində ermənilərin Xankəndinin girişində tikdikləri heykələ görə Azərbaycan rəhbərliyi öz etirazını bildirmişdi.
Ətraflı videoda:
Zaira Akifqızı
Globalinfo.az