Yeni il gəlir: Bahalaşmanın qarşısını belə almaq olar – İqtisadçı

Azərbaycanda ərzaq qiymətlərinin sürətlə bahalaşması artıq iki ilə yaxındır davam edir. Bu, həm dünyada baş verən qiymət artımı, həm də ölkədəki spesifik xüsusiyyətlərlə əlaqəlidir.

Bu sözləri Globalinfo.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Azərbaycanda son vaxtlar mütəmadi müşahidə olunan qiymət artımı ilə bağlı danışarkən deyib.

O bildirib ki, ölkəmizdə hər Yeni il ərəfəsində qiymətlər sürətlə artır:

“Yeni il ərəfəsində ərzaqların bahalaşması ilə bağlı xoşagəlməz ənənə indi də davam edir. Bunun qarşısını almaq üçün qısamüddətli addımlara ehtiyac var. Əslind, yerli istehsalın artırılması lazımdır ki, buna da tez bir zamanda nail olmaq mümkün deyil. Amma dərhal təsir edə biləcək addımlar atmaqla müəyyən nəticələrə nail ola bilərik. Məsələn, vergi və gömrük rüsumları azaldılmalı, ərzaqda isə 18 faiz Əlavə Dəyər Vergisininin (ƏDV) 2 faizə salınması yolu ilə qiymətləri tənzimləmək olar”.

Zaira Akifqızı
Globalinfo.az