Yaxın günlərdə nəticələrini görəcəksiniz – İranlı ekspertdən Bakı mesajı

“Ermənistan nə qədər geri çəkilsə də, istər-istəməz Azərbaycan və Türkiyənin yeni tələblərinə boyun əyməli olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu İSNA-ya müsahibəsində Qafqaz məsələləri üzrə iranlı ekspert Seyid Məhəmməd Reza Dəmavəndi deyib.

“Erməni xalqı qərar verməlidir, baxmayaraq ki, bu qərar Ermənistanın çiçəklənməsinə töhfə verəcək, lakin uzunmüddətli perspektivdə problemli olacaq. Danışıqlarla paralel olaraq bir sıra hadisələr baş verib ki, nəticələrini yaxın günlərdə görəcəyik. Paşinyanın Türkiyədə Ərdoğanın andiçmə mərasimində iştirakı onu göstərir ki, danışıqlar zamanı bir sıra razılaşmalar əldə olunub. Bunun da nəticələrini daha sonra müşahidə edəcəyik”, – o bildirib.

Tahir Turan
Globalinfo.az