Yanvarın 14-16-da yollar buz bağlayacaq – Xəbərdarlıq

Yanvarın 14-15-də Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var.

Bu barədə Globalinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 14-16-da Azərbaycanın rayonlarında, xüsusən də dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında magistral yolların buz bağlayacağı ehtimal edilir.