FotoJet 2023 05 20T151932.777

“Runet”də bu dəfə YaGPT neyroşəbəkəsindən istifadə etməklə (“Yandex” tərəfindən “Alisa” virtual köməkçisinə inteqrasiya olunub) Azərbaycana qarşı növbəti təxribat aşkar olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Media.Az məlumat verib.

YaGPT ilkin olaraq internet məlumatlarından istifadə etməklə mətnlər yarada bilən “şəbəkə” kimi təqdim edilib. Süni intellektin davamlı inkişafı dövründə məktəblilərə və ya yeni başlayan kopirayterlərə esse və reklam mətnlərinin yazılmasında bir növ köməkçi kimi xarakterizə olunub. Lakin əslində “intellekt”in ermənipərəst olduğu ortaya çıxıb.

YaGPT-yə ərazi bütövlüyü ilə bağlı suallar versəniz, bu məntiqsiz sistem, yumşaq desək, cəfəng cavablar verir.

Belə ki, “Ağdam haradadır?” sualına YaGPT belə cavab verir: “Ağdam tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın ərazisində yerləşən “Dağlıq Qarabağ” şəhəridir”.

Əgər bu “bəlalı köməkçi”dən Şuşanın harada yerləşdiyi soruşulsa, daha təfsilatlı və absurd cavab almaq mümkündür: “Şuşa “Dağlıq Qarabağ Respublikasında” yerləşən Azərbaycan şəhəridir. 1994-cü ilə qədər Azərbaycan SSR-in bir hissəsi olan, sonra isə tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın tərkibinə daxil olan ərazidə yerləşir. Şəhər Böyük Qafqaz silsiləsinin ətəklərində yerləşir və “Dağlıq Qarabağ regionu”nun inzibati mərkəzidir”.

 

1684580235 348366092 263370166221661 2577171771859676180 n 1 1684580240 346148680 761765592308430 880610251458575150 n

 

Paylaş: