Yanan uşağı xəstəxanaya polis çatdırdı – VİDEO

Ötən gün Abşeron rayonu Masazır qəsəbəsindəki evlərdən birində azyaşlının ağır xəsarət alması ilə nəticələnən hadisə baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı azyaşlı Ə.Məmmədli ağır yanıq xəsarətləri alıb.

Azyaşlının anası dərhal təcili tibbi yardıma müraciət etsə də, onların gec gələ biləcəyini düşünərək övladını götürərək küçəyə çıxıb. Bu zaman o, ərazidə xidmət aparan Zəngilan RPŞ-nin DYP Bölməsinin əməkdaşlarını görərək onlara müraciət edib.

Uşağın təcili xəstəxanaya çatdırılmalı olduğunu görən yol polisi əməkdaşları dərhal ana və övladını avtomobilə əyləşdirərək onları paytaxtın Nərimanov rayonunda yerləşən Respublika Yanıq Mərkəzinə çatdırıblar.

Zəngilan RPŞ-nin DYP Bölməsinin xidməti avtomobilində çəkilmiş həmin görüntüləri təqdim edirik: