30 ildən artıq yurd həsrətindən sonra doğma evlərinə qayıdan Xocalı sakinlərinin sevinclərinin həddi-hüdudu yoxdur. Uzun illər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış xocalılılar artıq bir neçə aydır ki, doğma yurdda daimi yaşamağa başlayıblar.
Globalinfo.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində hazırlanmış, Xocalı şəhərinin gecə və gündüz görüntülərinin əks olunduğu videoçarxı təqdim edir:
Xatırladaq ki, Xocalı şəhəri dövlətimizin başçısının tapşırığı əsasında, yenidən tikilib və zəruri infrastrukturla tam təchiz olunub. Bu günədək Xocalı şəhərində 44 ailənin (169 nəfər) daimi məskunlaşması təmin edilib.