Xocalı həmləsi Xankəndini qarışdırdı: Araiki belə “vurdular”

Qarabağdakı separatçılar arasında parçalanma sürətlənməkdədir.

Globalinfo.az xəbər verir ki, xüsusilə separatçıların “rəhbəri” Araik Arutyunyan və “dövlət naziri” Ruben Vardanyanın komandaları arasında rəqabət güclənib. Belə ki, Ruben Vardanyan Bakının Xocalı həmləsi fonunda özünün təbliğatını artırıb və yaranmış situasiyanı öz xeyrinə istifadə etməyə başlayıb. Vardanyan həmçinin “konstitusiya” dəyişikliklərinin sürətləndirməsi tələbini yenidən irəli sürərək, rəsmən Arutyunyana meydan oxuyub.

Maraqlı məqam isə Moskvadan Xankəndiyə dərhal qayıdan Vardanyanın Arutyunyanı birbaşa hədəfə alan çıxış etməsi olub:

“Bəlkə də bəzi şəxslər dəyişiklikləri hiss etməyiblər, amma inanın, zəngin insanlar hər şeyi çox yaxşı hiss ediblər. İnsanlar “hakimiyyət”ə inanmırlar. Əgər böhran zamanı liderə inam yoxdursa, heç nə etmək olmaz. Ona görə də dəyişikliklərin qaçılmaz olduğu ilə barışmalı olacaqlar. Onlar isə xüsusilə elitada ağrılı reaksiya doğuracaqlar”.

Qeyd edək ki, qondarma rejimdə gələn il “konstitusiya dəyişiklikləri”nin keçirilməsi və “yarıprezident” sisteminə keçidin təşkili planlaşdırılırdı. Lakin Arutyunyanın müdaxiləsindən sonra bu dəyişikliklər təxirə salınıb.

İlkin
Globalinfo.az