Xırdalanda məşhur restoranda qatı tüstülənmə, yanğın təhlükəsi yarandı – FOTOLAR

67e2cf43e683767e2cf43e6838174291744367e2cf43e683567e2cf43e6836Xırdalandakı “PakFırın” restoranının tüstü bacasında yağ qalıqları yanğın təhlükəsinə səbəb olub.

Bu barədə Globalinfo.az-a FHN-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təhlükə qısa müddətdə aradan qaldırılıb.

***

Xırdalanın mərkəzində yerləşən restoranda yanğın təhlükəsi yaranıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Xırdalanda “PakFırın” restoranında qatı tüstülənmə müşahidə olunub, müştərilər çölə çıxarılıb.

Hadisə şahidlərinin sözlərinə görə, restoranın personalından zərərçəkənlər var və qatı tüstünün havalandırma sistemindən qaynaqlandığı bildirilir.

Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub.

Qeyd edək ki, adıçəkilən restoran hündürmərtəbəli yaşayış binasının altında yelrəşir. Ərazidəki yollarda sıxlıq müşahidə olunur.

67e2ccfaad24767e2ccfaad248174291685867e2ccfaad24567e2ccfaad246 67e2ccfaa5b6f67e2ccfaa5b70174291685867e2ccfaa5b6d67e2ccfaa5b6e