946e0496 00c6 3383 88ef c5f06132e30a 850

Dekabrın 6-da Bəhreyndə “20-ci Təhlükəsizlik Sammiti – Manama Dialoqu Forumu” öz işinə başlayıb. Forumda dünyanın 50-yə yaxın ölkəsindən diplomatlar, təhlükəsizlik və hərbi strukturların nümayəndələri iştirak edir.

Bu barədə Globalinfo.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, forumda Xarici İşlər Nazirliyini nazir müavini Yalçın Rəfiyev təmsil edir.

Y.Rəfiyev Forum çərçivəsində keçirilən panellərdə iştirak edib, o cümlədən Gənc Liderlər Proqramı tərəfindən təşkil olunan “Yaxın Şərq və Mərkəzi Asiyada enerji tərəfdaşlığı” mövzusunda paneldə məruzəçi qismində çıxış edib.

Forum çərçivəsində eyni zamanda, Y.Rəfiyevin bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

Forum dekabrın 8-dək davam edəcəkdir.

f25d8097 d9f4 35a6 872d 432ca5eb8d39 84524a05 c7d6 3a1b 8757 9bf6467061b7

Paylaş: