XİN başçısı: “Sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə ehtiyac var”

“Azərbaycan sülh gündəliyinə sadiqdir. Hesab edirik ki, Praqa və Soçidəki görüşlərdən sonra sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə ehtiyac var”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hələ də üçtərəfli bəyanatın müddəlarına zidd olaraq Ermənistan silahlı birləşmələri tam olaraq Azərbaycan ərazilərindən çıxarılmayıb: “Hələ də mina təhlükəsi qalmaqdadır”.