XİN ABŞ-a başsağlığı verdi

AzC999rbaycan XIN

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında yazılıb.

ABŞ-nin Texas ştatının mərkəzini vuran daşqınlar nəticəsində çoxlu sayda insan ölümü və yaralanması bizi dərindən kədərləndirir. Biz ABŞ hökumətinə və bu faciədən əziyyət çəkən bütün insanlara ürəkdən başsağlığı veririk”, – paylaşımda deyilir.

Qeyd edək ki, Texasda daşqınlar nəticəsində 50 adam ölüb.