siyavus novruzov 1

“Azərbaycan müstəqilliyini əldə etdikdən sonra mürəkkəb və ağır bir mərhələdən keçib. Həmin dövrdə ölkəni idarə edən şəxslərin Azərbaycanı qoyub qaçması, ikisinin Rusiyaya, birinin Kələkiyə getməsi,  torpaqlarımızın hakimiyyətə gəlmək uğrunda alverə çevrilməsi , qarşıya çıxan çətinliklər, ərazi bütövlüyünün qorunması və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində baş verən proseslər barəsində Prezident İlham Əliyev YAP qurultayında çıxışı zamanı fikirlər səsləndirdi”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclsin plenar iclasında deputat Siyavuş Novruzov deyib.

“Prezident müxtəlif beynəlxalq platformalarda Azərbaycanın maraqları, üzləşdiyi haqsızlıqlar və ölkəmizə qarşı yönələn addımlarla bağlı mövqeyini dəfələrlə ifadə edib.

Digər tərəfdən, xaricdə “Azərbaycan” adı altında fəaliyyət göstərən müxtəlif kanalların və platformaların fəaliyyəti də diqqətlə araşdırılmalıdır. Bu platformalar vasitəsilə Azərbaycan əleyhinə təbliğat aparılması və xüsusilə gənc nəslə təsir göstərilməsi ilə bağlı məsələlər ictimai müzakirəyə çıxarılmalıdır.

Parlamentdə də sözügedən istiqamətdə müzakirələr vacibdir. Bunlarln mətbuat vasitəsilə ictimaiyyətə çatdırılması mühümdür”, – deyə deputat qeyd edib.

Safura Bənnayeva
Globalunfo.az

Paylaş: