Xaricdə yaşayan müxalif ermənilər ölkələrinə buraxılmır – AEROPORTDA SKANDAL

ABŞ vətəndaşı olan Livan ermənisi Areni Markosyan Ermənistana buraxılmayıb.

Globalinfo.az xəbər verir ki, onun hava limanında 12 saatdan çoxdur gözlədildiyi bildirilir.

Ermənistan Parlamentinin deputatları Kristin Vardanyan və Argisti Gevoryan məsələdən xəbər tutan kimi hava limanına, Markosyanın yanına gediblər. Oradan canlı yayım açan Vardanyan Markosyanın ölkəyə buraxılana kimi aclıq aksiyası keçirəcəyini bildirib.

Bu, ilk belə hal deyil. Bir müddət öncə də ABŞ-da yaşayan və separatçı qondarma rejimin, İrəvan müxalifətinin maraqlarını müdafiə edərək geniş təbliğatlar aparan, aksiyalar keçirən bir neçə erməni hava limanında gözlədilib və ölkəyə buraxılmayıb. Son 1 ildə bu kimi məqamlara davamlı şəkildə rast gəlinir. Avropa ölkələrindən və Amerikadan gələn çox sayda erməninin ölkəyə girişinə qadağa qoyulduğu əsas göstərilərək Ermənistana buraxılmırlar.

Bu siyahının Paşinyan hakimiyyəti tərəfindən hazırlandığı, əsasən lobbi üzvləri və mövcud hakimiyyətə müxalif görüşü olanların hədəf seçildiyi iddia edilir.

Ayşən Mustafa
Globalinfo.az