Xankəndidə silah-sursat aşkarlandı

Xankəndidə 11 qumbara və digər silahlar aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 14-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 11 qumbara, 28 patron darağı, 3 alışdırıcı, 3200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.