Xankəndidə Bakıya qarşı böyük mitinq hazırlığı başladı

Xankəndidə Azərbaycana qarşı növbəti böyük mitinqin keçirilməsi planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Mitinqin may ayında baş tutacağı bildirilib. Qəzet mitinqin təşkilatçılarının Bakı əleyhinə imza toplama kampaniyası başladan gənclər təşkilatları olduğu vurğulanıb. Ən maraqlı məqam isə aksiyanın təşkilatçıları onu may qələbələri (Şuşa və Laçının 1992-ci ildə işğalı nəzərdə tutulur – red.) ruhunda təşkil etməyi planlaşdırdığı bildirilib:

“Bizdə olan məlumata görə, mitinqə hazırlıq artıq başlayıb. Onda separatçı liderlərin iştirakı istisna edilmir”.

İlkin
Globalinfo.az