
Gəndob-Yalama avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, “VAZ 2107”, “VAZ 21015” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər yüngül xəsarət alıb.
Yaralananlara müvafiq tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.

