“WhatsApp”ın işində yaranmış problem aradan qalxdı – YENİLƏNİB

“WhatsApp” tətbiqinin fəaliyyətində müşahidə olunan problemlər aradan qalxıb. 

Globalinfo.az bildirir ki, hazırda müəyyən ləngimələr müşahidə olunsa da, tətbiq fəaliyyətini bərpa edib.

***11:33

Müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda internet istifadəçilərinin “WhatsApp”dan istifadəsində problem yaranıb.

Globalinfo.az bildirir ki, APA-nın “Downdetector” saytına istinadən xəbərinə görə, istifadəçilər messencerə daxil ola və xidmətlərdən istifadə edə bilmirlər.

Problemin qlobal miqyas daşıdığı və bir çox ölkələrdə müşahidə olunduğu bildirilir.