Vuçiç vəzifəsindən istefa verdi, yeni rəhbər seçildi – YENİLƏNİB

Serbiya Baş nazirinin müavini, müdafiə naziri Milon Vuçeviç Serb Tərəqqi Partiyasının (STP) rəhbəri vəzifəsinə seçilib.

Bu barədə Vuçeviç özü məlumat verib.

Vuçeviç STP-nin keçmiş sədri Aleksandr Vuçiçə 11 il partiyaya rəhbərlik etdiyi üçün təşəkkür edib.

***15:52

Serbiya Prezidenti Aleksandr Vuçiç hakim Serb Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Onun istefasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, A.Vuçiç 2012-ci il sentyabrın 29-da partiyanın sədri seçilib.