Vilyam Hacıyevlə bağlı gözlənilməz qərar – Azadlığa çıxır?

2020-ci ilin may ayının əvvəllərində DTX-nin xüsusi əməliyyatı ilə həbs olunan İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevdən xəbər var.

Belə ki, onun barəsində seçilmiş 12 il həbs qətimkan tədbirinin müddəti azaldılıb.

Globalinfo.az qeyd edir ki, sabit başçının həbs müddətindən 3 il 4 ay çıxılaraq 8 il 6 aya endirilib. Bu hadisə sabiq məmurun yaxın vaxtlarda azadlığa çıxmasının əlaməti kimi qiymətləndirilir. Ola bilsin ki, növbəti amnistiya və ya əfv fərmanında Vilyam Hacıyev azadlığa çıxsın.

Qeyd edək ki, 2019-cu ilin sonlarından bu günə qədər 10-a yaxın rayon rəhbəri xüsusi əməliyyat zamanı həbs ediliblər.

2019-cu ilin sonlarından başlayaraq 10-a yaxın rayon rəhbəri xüsusi əməliyyat zamanı həbs ediliblər. Bu günə qədər omlardan biri əfv olunub, biri isə vəfat edib.

Məhkəmə qərarı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyev 11 il, Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev 10 il, Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova 12 il, Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov 8 il 6 ay, Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov (məhkəməsi davam edir), Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov 7 il 3 ay, Ağstafanın İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev 7 il 3 ay müddətinə həbs ediliblər.

Adı çəkilən son iki sabiq icra başçısı isə daha az müddət həbsdə qalmış olublar.

Belə ki, ötən ilin yanvar ayında Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib. O, 2023-cü ilin iyul ayında azadlığa buraxılıb.

Ağstafanın İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev isə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Nizaməddin Quliyev 2021-ci ilin sentyabrın 7-də Gəncə modul tipli xəstəxanasında COVID-19-dan vəfat edib.

Globalinfo.az