Vilayət Eyvazov Qubada qəbul keçirəcək – FOTO

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən dekabrın 7-də Quba Rayon Polis İdarəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Qeyd olunub ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 06.12.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Vilayət Eyvazov Qubada qəbul keçirəcək